Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov həmişə maraqlı çıxışları ilə diqqəti cəlb edib...
Bu dəfə isə Rəşid Mahmudov sosial mediada daha fərqli bir statusla çıxış edib: "Kişilərin ölüm səbəbi qadınların çox danışmasıdır!" Bilmirəm, bu proqnozun elmi əsası necədir, amma düşündürücüdür... Rəşid müəllimin bu sözünə vəkil Adəm Məmmədov maraqlı bir hadisəni xatırlamaqla dəstək verib:
- Rəşid Mahmudovun bu sözü mənə bir əhvalatı xatırlatdı. Demək, iki qadın birlikdə 10 il türmədə cəza çəkdikdikdən sonra azadlığa buraxılırlar. Türmənin çıxış qapısında dayanaraq söhbətləşməyə başlayırlar. Birdən kanvoy ucadan qışqıraraq deyir:
- Türməni tez tərk edin, bura söhbətləşmək yeri deyil...
Azadlığa buraxılan xanımlar isə cavablarında bildirilər:
- İmkan verin söhbətimizi yekunlaşdıraq...
Konvoy isə dərhal deyir:
-10 il birlikdə türmədə bir otaqda qaldığınız zaman söhbətləşib qurtara bilmədiniz?
***
Əlavə şərhə nə ehtiyac???
A.Məmmədli