Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.
Tezadlar.az xəbər verir ki, bu dəhşətli hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova da çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.
Bu dəhşətli qətlin hansı şəraitdə və nə səbəbdən baş verdiyi barədə hələki rəsmi açıqıama yoxdur. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda atanın narkotik təsiri altında olduğu deyilir... Bu isə o deməkdir ki, narkotik təkcə bir nəfərin deyil, ailənin, ətrafın yaşamını məhv edir...
A.Məmmədli