Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, bu ilki seçkilərdə təşviqat üçün 5 155 yer ayrılıb. Onların çoxu açıq havadadır. Qapalı məkanlar da Azərbaycanın bütün bölgələrində təsis edilib və sair...

 

Deputatlığa namizəd, Jurnalist Asif Mərzili bildirib ki, bu dəfə təşviqat məsələsində müəyyən problemlər üzə çıxıb: "...Məsələ ondadır ki, deputatlığa namizədliyimin qeydə alındığı yeganə tam olan Ağdam 119 saylı (kənd) Seçki Dairəsinin məntəqələrinin sayı ötən dəfəki çağırışlar üzrə kampaniyalardan fərqli olaraq ikiqat artırılıb 68 olub. Sonuncu dəfə baş tutmuş seçkilərdə isə cəmi 36 məntəqə var idi. Üstəlik, bu dəfə məntəqələr təkcə Ağdamın Quzanlı qəsəbə də daxil, işğal edilməmiş və ya sonradan məcburi köçkünlər üçün salınmış qəsəbələri deyil, həm də Gəncə, Kəlbəcər, Goranboy, Ağdaş, Göyçay və digər rayonlarda da vardır. Ona görə də təbliğat üçün ayrılmış namizədlər üçün 20 gün ərzində bu məntəqələri gəzmək, seçicilərlə görüşlər keçirmək olduqca çətin olacaq...".

Bununla belə, Asif Mərzili xatırladıb ki, artıq məntəqələrin böyük əksəriyyəti üçün müşahidəçilərini müəyyənləşdirib, eləcə də media tərəfdaşlarının da bu işdə iştirakçılığını müəyyənləşdirib.

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN