Nəhayət, sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır.

Tezadlar.az Mərkəzi Seçki Komissiyasının saytına istinadla bildirir ki, Azərbaycan Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.

Seçki təkcə səs çoxluğu əldə etmə cəhdindən deyil, həm də bəxtdən-bəxtdən də asılıdır. Odur ki, bəxtinizi sınayın...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN