Ukrayna ordusu artıq Rusyanın Suca şəhərinə tam nəzarəti ələ keçiriblər.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Teleqram kanalları hərbi müxbirlərə istinadela məlumat yayıb. Bildirilir ki, Ukrayna ordusu Kursk vilayətində Rusiyanın 2 ilə və 15 milyard rubla inşa etdiyi iki müdafiə səddini 20 saata keçə bilib. Hazırda Kurskda vəziyyət belədir: - Ukrayna Silahlı Qüvvələrinin 2 briqadası Sucaya daxil olub, 4 briqada səhər saatlarında Kursk vilayətinə daxil olub, daha 8-i sərhəddə ehtiyatdadır; - Suca Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır; - Kursk vilayətində cəbhə xaotikdir, rabitə olmadığından heç kim harada olduğunu bilmir; - Ukrayna Silahlı Qüvvələri Suca üçün maddi-texniki baza qurmağa və ehtiyat toplamağa davam edir; - Ukrayna Silahlı Qüvvələri səmaya nəzarət etmək üçün Kursk vilayəti ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirib; - Ukrayna Silahlı Qüvvələri aktiv şəkildə manevr edir, təhlükəli ərazilərdən, ətraf yaşayış məntəqələrindən yan keçir; - Rusiya Hərbi Hava Qüvvələrinin bu istiqamətdə aviabombaları yoxdur, yalnız anbarlarda köhnə bombalar var, onların effektivliyi sıfırdır; - Vəziyyəti sabitləşdirmək üçün “Əhməd” bölməsinin rus qanadı Kursk vilayətinə göndərilib.
Məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətinin Maxnovka kəndində səngərlər qazırlar.

Rusiya Müdafiə Nazirliyi isə fərqli informasiyalar yayır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN