Ukrayna ordusu Kursk vilayətində indiyədək ən azı 20 yaşayış məntəqəsini ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri  Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Suca da daxil olmaqla, Ukraynanın nəzarətə aldığı ərazi artıq 430 kv.km təşkil edir. İddialara görə, Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə gözlənilən hücumu barədə iki həftə öncədən məlumatlı olub, lakin ölkənin hərbi rəhbərliyi bu məlumatlara məhəl qoymayıb. Bildirilir ki, Ukrayna üçün müharibə başlayandan bəri ən böyük hücumun hazırlanması barədə Prezident Vladimir Putinə məlumat verilməyib, Baş Qərargah rəisi Valeri Gerasimov da onlara məhəl qoymayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN