Ötən gecə Braziliyada təyyarənin yerə çırpılmasından sonra sərnişinlərdən kimsə sağ qalmayıb...
Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb. Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb. Qəzanın səbəbləri məlum deyil. Hadisə yerində xilasedicilər və istintaqçılar çalışmaqdadır...
A.Məmmədli