Xəbər verildiyi kimi, Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıq 105- ə çatıb...
Tezadlar.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir. Zəhərlənmənin hansı səbəbdən olduğu aidiyyəti dövlət qurumları tərəfindən dəqiqləşdirilir. Faktla bağlı araşdırma davam etdirilir.
Təbii ki, yas mərasimində verilən ehsan zəhərlənməyə səbəb olub. Amma din xadimləri də dəfələrlə bəyan ediblər ki, yas mərasimlərində ehsan ənənəsinə son qoyulmalıdır. Adi çay və şirniyat süfrəsi yetərli deyilmi? Bu da "qonşudan qalma dala" bəhsəbəhsin nəticəsi...
A.Məmmədli