Azərbaycanın Əməkdar hüquqşünası, "Şöhrət" ordenli, Azərbaycan Vəkillər Kollegiyası Ağsaqqalar Şurasının sədri İkram Kərimova ağır itki üz vermişdir...
Belə ki, İkram Kərimovun kiçik qardaşı Kərimov Vətən Heydər oğlu dünyasını dəyişmişdir. Bu barədə "Təzadlar"a ailədən məlumat verilmişdir.
Xatırladırıq ki, Vətən Kərimov Azərbaycanın Əməkdar Mədəniyyət işçisidir. 15 il Bakı Milli Parkının direktoru olmuşdur. Şəhidlər Xiyabanının 20 yanvar şəhidlərinin dəfni üçün ayrılmasına birbaşa rəhbırlik etmişdir.
Onu da bildirirk ki, mərhum Vətən Kərimovun üç mərasimi avqustun 23- də ( həftənin cümə günü) Təzə Pir Məscidində keçiriləcək.
Allah rəhmət eləsin!
A.Məmmədli