"Gürcü arzusu” artıq arzu olmaqdan çıxıb, kabusa çevrilib, - inanıram ki, əhali seçkilərdə öz sözünü deyəcək".

Tezadlar.az xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili 8-ci Tbilisi Beynəlxalq Konfransının təşkilatçılarını və iştirakçılarını qəbul etdiyi Orbeliyani sarayında çıxışı zamanı deyib. O bildirib ki, Gürcüstan həqiqətən də dönüş nöqtəsindədir. Zurabişvilinin sözlərinə görə, konkret şəxslərin illərlə əsas tərəfdaşları müharibə tərəfi adlandırması və ərazimizin 20%-ni işğal edən qonşu ölkə haqqında heç nə deməməsi faciədir. Prezident qeyd edib ki, seçkilərdə əhalinin öz sözünü deyəcəyinə inanır və gürcü xalqına güvənir və konfrans iştirakçılarını bu gün olduğu kimi prosesləri izləməyə, diqqətli və təmsilçi olmağa çağırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN