Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün mediaya açıqlama verərək bildirib ki, bəzi dairələrdən daxil olan şikayətlər vaxtında verilmədiyindən materiallar şikayətçi namizədlərin özünə qaytarılıb...

M.Pənahov bu sırada 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Asif Məmmədovun (Asif Mərzili) da adını çəkib. 
Asif Mərzili MSK sədrinin bu açıqıamasını təkzib edən bəyanat yayıb. Bəyanatda deyilir: "Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün mediaya açıqlama verərək bildirib ki, bəzi dairələrdən daxil olan şikayətlər vaxtında verilmədiyindən materiallar şikayətçi namizədlərin özünə qaytarılıb. Sədr bu sırada uzun illər Ramiz Mehdiyevin Ağdamdan deputat etdiyi Əliyev Bəxtiyar Həmzə oğlunun xeyrinə total saxtakarlığa yol verilmiş 119 saylı Ağdam Seçki Dairəsinin namizədi olaraq mənim də adımı çəkib. Bəyan edirəm ki, cənam M.Pənahovun bu açıqlamasl tərəfimdən tamamilə təkzib edilir və bu məlumat kökündən yalandır. Belə ki, aşağıda təqdim etdiyim rəsmi sənədlər bir daha sübut edir ki, mən Ağdamda rayon rəhbərliyi səviyyəsində yol verilmiş ciddi qanun pozuntuları ilə bağlı hələ avqustun 21-dı Məzahir Pənahova rəsmi məktub göndərərək Seçki Məcəlləsinin tələblərini kobud surətdı pozduğuna görə (videosübutlar təqdim edilir) Bıxtiyar Həmzı oğlu Əliyevin namkzədliyi dərhal ləğv edilməlidir və inzibati resurslardan B.Əliyevin xeyrinə istifadə etdiyi üçün Ağdam RİH başçısının 1- ci müavini, oğlu Dairənin, qızı 50 saylı məntəqənin sədri olan Allahverən Əliyev məsuliyyətə cəlb edilməlidir. 

Mən həmin şikayəti həm də Baş Prokuror cənab Kamran Əliyevə göndərmişəm. Baş Prokurorluq avqustun 28-də qanuni tədbir görülməsi üçün şikayətim və əlavə edilmiş sübutları Məzahir Pənahova göndərmişdir. Üstəlik, mən avqustun 21- dı MSK- nın 115 qaynar xəttinə də zıng edib məlumat vermişəm, şikayətim qeydə alınıb, tədbir görüləcəyi bildirilib.

Bundan başqaş Məzahir Pənahovun birbaşa göstərişi ilə araşdırma aparılıb və şikayətim qanuni tədbir görülməsi, yəni Bəxtiyar Əliyevin namizədliyinin ləğvi ilə bağlı məsələnin həlli üçün 119 saylı Ağdam Seçki Dairəsinə göndərilib. Mənı verilmiş rəsmi cavab məktubunun surətini təqdim edirım.

Mən paralel olaraq sentyabrın 5- də MSK sədri Məzahir Mənahova seçki günü yol verilmiş saxtakarlıqlarla bağlı müşahidəçilərimin hamısının şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə şikayət yazıb MSK- nın binasında qutuya atmışam. Yəqinki kamera görüntüləri ortadadır. Sonra isə Seçki Məcəlləsinin tələblərini pozaraq dairənin qərarının və 68 məntəqənin protokollarının surətinin mənə təqdim edilməməsi səbəbilə Bakı İnzibati Məhkəməyə və Bakı Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasına iddia vermişəm ki, MSK- nın üzərinə bu öhdəlik qoyulsun. Məhkəmə iddianı faktiki olaraq baxılmamış saxladı ki, M.Pənahovun məlum şikayətimə cavabını gözləyim, cavab verilməsə, təkrar məhkəməyə müraciət edim. 

Beləliklə, mən avqustun 21-dən sentyabrın 4- dək ardıcıl olaraq MSK- ya, Baş Prokurorluğa, məhkəmələrə şikayətlər vermişəm. Odur ki, hörmətli Məzahir Pənahovun bu gün mediaya açıqlaması absurddur, həqiqəti əks etdirmir. 

M.Pənahovun bu açıqlamasından narahat olan seçicilərimin diqqətinə çatdırıram ki, mən cənab Prezident İlham Əliyevin ədalətli seçki çağırışına könül verərək seçkidə iştirak etmişəm və inanmışam ki, saxtakarlığa yol verilməyəcək. Lakin Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov başda olmaqla, RİH rəsmiləri, onların tapşırığı ilə dairə sədri Sahil Əliyev, eləcə də 68 məntəqənin sədrləri saxtakarlığa cəlb edildilər. Hüquqi müstəvidə mübarizəmiz davam edir. Əgər Ramiz Mehdiyevin Ağdamdan daim deputat etdiyi Bəxtiyar Həmzə oğlu Əliyevin barəsində qanuni tədbir görülməsə, icra başçısı və digər rəsmi şəxslərin qansuz hərəkətləri ilə bağlı Cənab Prezident İlham Əliyevə müraciət etməli olacağam".

Təqdim etdi: Elçin Məmmədli

ed0a09ed-37db-4c71-a764-b8e9f408dcf4

7f8c6428-61ff-41cd-a35d-7d0327d80c14

9accfd35-e689-4721-97a7-5a79f9f8c43e

71c203be-8f5c-403f-b3d0-8f4eb959eea4

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN