Fırıldaqçılar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 85 yaşlı istefada olan general-leytenantı German Qridnevin 19,5 milyona yaxın pulunu ələ keçiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb.

Fırıldaqçılar istefada olan general-leytenantı çağıraraq, özlərini rabitə operatorunun işçiləri kimi təqdim ediblər. Fırıldaqçılar telefonu yenidən qeydiyyatdan keçirmək üçün Qridnevdən məlumat istəyiblər.

"İkinci zəng, guya xüsusi xidmət orqanlarından olub. Onlar adamı inandırıblar ki, hesabından pulun bir hissəsi oğurlanıb və Ukrayna Silahlı Qüvvələrinə verilib", - hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, fırıldaqçılar Qridnevə alibi təklif ediblər, lakin onu almaq üçün istefada olan general qoyub getdiyi pulu “xüsusi şəxsə” təhvil verməli olub.

“Nəticədə, 85 yaşlı kişi 19,5 milyon rubla yaxın pul yığaraq kuryerə təhvil verib”, - deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib.

Qridnev dələduzların hiyləsinə qapıldığını anlayanda polisə müraciət edib. Faktla bağlı dələduzluq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) iş açılıb, - materialda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN