"Bizim Ermənistan hökuməti və nazirlikləri ilə işimiz ümumi məqsədlərimizə çatmaqda mühüm rol oynayır”- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru Con Allelo

***

ER Baş nazirin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru Con Allelo Ermənistan və ABŞ arasında əməkdaşlığın inkişafına dair qrant sazişinə düzəliş imzalayıblar.

Nəticədə USAID-lə razılaşma çərçivəsində məbləğ həddini iki dəfədən çox 120 milyon dollardan 250 milyon dollara yüksəldir və birgə proqramların əhatə dairəsini genişləndirir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan hökuməti bildirib ki, genişləndirilmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.

 “Ermənistan üçün təkcə maliyyə dəstəyi deyil, həm də birgə proqramlarımız nəticəsində irəli sürülən demokratik dəyərlər, yaradıcı ideyalar və inkişaf etmiş biznes mədəniyyəti vacibdir. Sonuncunun həyata keçirilməsi bizə ölkəmizdə əsaslı islahatlar aparmağa və vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir”, - deyə ER baş nazirin müavini Mher Qriqoryan ABŞ-a təşəkkürünü bildirib.

Con Allelo isə vurğulayıb ki, bu dəyişiklik Ermənistanla tərəfdaşlığa sadiq olmalarını  nümayiş etdirir.

“ Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik. Bizim Ermənistan hökuməti və nazirlikləri ilə işimiz ümumi məqsədlərimizə çatmaqda mühüm rol oynayır”, - deyə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru diqqətə çatdırıb.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN