Bu gün Bakı Apellyasiya Məhkəməsində 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Məmmədovun (Asif Mərzili) Mərkəzi Seçki Komissiyasının 38/-193№-li, 09.09.2024-cü il tarixli qərarından verdiyi şikayətinə baxılacaq...

Hakim Günel Abbasovanın sədrliyi ilə keçiriləcək məhkəmə iclasında Mərkəzi Seçki Komissiyasının 38/-193№-li, 09.09.2024-cü il tarixli qərarının əsassızlığı müzakirə ediləcək. Apellyasiya şikayətində isə deputatlığa namizəd Asif Mərzili Azərbaycan Seçki Məcəlləsinin 112-ci və 112.1, eləcə də 112-1.14.1-ci maddələrini əsas tutaraq 119 saylı Ağdam Seçki Dairəsində baş vermiş ciddi qanun pozuntuları ilə bağlı şikayətinin geri qaytarılması barədə MSK-nın 09.09.2024-cü il tarixdə qəbul etdiyi 38-193 saylı Qərarını tamamilə qanunsuz və əsassız hesab edib. Sitat: "Seçki Məcəlləsinin bu maddələri seçki pozuntuları ilə bağlı şikayətin 3 gün ərzində verilməsini əsas tutur. MCK-nın eksperti Fuad Cavadov rəy yazıb ki, mənim 6 sentyabr 2024-ğü il tarixdə MSK-ya verdiyim əlavə şikayət və maddi sübutlar verilərkən həmin müddət pozulub. Məhkəməyə təqdim etdiyim sənədlər də təsdiqləyir ki, mənim Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim rəsmi şikayət ərizəm 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılıb müzakirə edilmiş, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmış, MSK özü təcili və təsirli tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiyasının sədri Sahil Allahverən oğlu Əliyevə göndərilmişdir. Hansı ki, “Vətəndaşların müraciətləri haqqında" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUnun 7-ci maddəsində deyilir: "7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır".  Lakin bu günədək də Dairə sədri qanunlara saymazlıq nümayiş etdirərək heç bir tədbir görməmiş, mənə rəsmi cavab verməmişdir. Buna səbəb isə odur ki, 119 saylı Ağdam DS-nın sədri Sahil Əliyev Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozmuş Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyevin oğludur. Bundan başqa, eyni məzmunlu şikayətçi və seçicim Fikrət Əliyev avqustun 22-də MSK-nın 115 qaynar xətinə zəng edərək şikayət etmişdir ki, Allahverən Əliyev qanunları kobud surətdə pozaraq inzibati resurslardan digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə istifadə etməkdədir. Bu şikayət də qeydə alınmışdır, lakin yenə də heç bir tədbir görülməmişdir. Əksinə, bir gün sonra şikayətçi F.Əliyev Ağdam rayon İcra  Hakimiyyətinə çağrılımış, ona təzyiq göstərilmişdir. Məhkəmənin diqqətinə bir daha çatdırıram ki, Ağdamın özünün, həmçinin Goranboy, Yevlax, Ağdaş, Ağsu, Tərtər, Bərdə, Gəncə ərazilərindəki 68 məntəqələr üzrə seçki təbliğatı və təşviqatımı apardığımdan, səsvermə günü baş verən qanunsuzluqları sənədləşdirmək, toplayaraq Bakı şəhərinə gəlib Mərkəzi Seçki Komissiyasına yazılı şikayət vermək fiziki cəhətdən mümkünsüz idi. Odur ki, mən və müşahidəçilərim sentyabrın 1-də, 2-də və 3-də MSK-nın 115 Qaynar xəttinə rəsmi şikayətlər vermişik, qeydə alınıb, amma tədbir görülməyib. Mən, həmçinin MSK-nın elektron poçtuna həmin günlərdə dəfələrlə rəsmi şikayətlər göndərmişəm (elektron sistemdən təqdim edilir). Eləcə də videogörüntü ilə canlı çıxış edərək sosial media üzərindən baş verən qanunsuzluqları MSK sədri Məzahir Pənahova müraciətlə onun diqqətinə çatdırmışam, tədbir görməsini xahiş etmişəm(videolinklər təqdim olunur). Bütün bu sadaladıqlarım bir daha sübut edir ki, MSK rəhbərliyi 21 avqust 2024-cü il tarixli şikayətimlə bağlı ciddi tədbir görsəydi, sonradan digər qanunsuzluqlar baş verməzdi. Beləliklə, mən qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və operativ surətdə yazılı və elektron qaydada Mərkəzi Seçki Komissiyasına şikayətlər təqdim etmişəm. MCK-nın eksperti Fuad Cavadov isə əsassız və qanunsuz olaraq 21 avqust 2024-cü il tarixdə verdiyim şikayətimi deyil, 6 sentyabr 2024-cü ildə təqdim etdiyim əlavə şikayətimi əsas götürüb... Odur ki, məhkəmə MSK-nın məlum qərarını ləğv etməlidir...".

Xatırladırıq ki, deputatlığa namizəd Asif Mərzili Avropa Mətbuat Federasiyasının üzvüdür, yeganə jurnalistdir ki, deputatlığa namizəd kimi seçkidə iştirak etmişdir...

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN