...Məsələ ciddidir və Azərbaycanın aidiyyəti dövlət qururmları məsələyə müdaxilə etməlidir... Əks halda, problemlər qaçılmazdır. Söhbət ondan gedir ki: 44 günlük müharibənin qızğın çağında, 2020-ci ilin 2 oktyabr tarixində separatçıların rəhbəri Araik Arutunyan “Karabakh Telecom” telekommunikasiya operatorunu Fatuş qardaşlarının əlindən alıb dövlət mülkiyyətinə keçirilməsi adı altında özəlləşdirmişdi. Ermənistanda qeydiyyatda olan bu operator son bir il ərzində guya dövlət operatoru olaraq, əslində isə Araikin şəxsi mülkiyyəti olaraq fəaliyyət göstərirdi.
Tanınmış QHT rəhbəri, Mülti-Media Mərkəzinin rəhbəri Osman Gündüz artıq neçə dəfədir bu problemi qaldırır. Onun fb statusundakı bu günkü açıqlaması da diqqəti çəkir:
- İndi erməni mediasının yazdığından görsənir ki, bu qurumun alqı-satqısı gözlənilir, güman ki, “Karabakh Telecom”-a 20 il sahiblik edən, əslən livandan oaln Fatuş qardaşları şirkəti geri tələb edirlər ya da əvəzində para istəyirlər. Güman etmək olar ki, burada Ermənistan rəhbərliyinin də maraqları var. Düşünmək olar ki, Ermənistan rəhbərliyində müəyyən dairələr Araikə belə bir biznesi bağışlamaq istəmirlər. Beləliklə, görünən odur ki, artıq "Artsax"-da bu operatorun alqı-satqısı gözlənilir. Araik bu operatoru özəlləşdirənə qədər onun rəhbəri Fatuş qardaşların təyin etdiyi Qaregin Odabaşyan olub. Hazırda bu quruma Araikin adamı Mirzoyan rəhbərlik edir və o, alqı-satqının gözləndiyini təsdiqləyib. O, Ermənistanda yenicə qeydiyyatdan keçirilən “Artsaxtel” adlanan şirkətin “Karabakh Telecom”-u almaq istədiyini açıqlayıb. Bu günlərdə isə separatçı rejimin "prokurorluğu" “Karabakh Telecom”-un müharibə zamanı ehtiyat serverlərinin sıradan çıxarılması faktı ilə bağlı cinayət işi başlayıb. Bu arada, bir müddət öncə erməni mediası elan etmişdi ki, müharibə zamanı Azərbaycan hakerləri “Karabakh Telecom”-a hücum edərək ona ciddi ziyan vurmuş, məlumatlar ələ keçirilmiş və sistemin işləməsi üçün zəruri olan ehtiyat serverlər sıradan çıxarılmışdı. İndi isə erməni mediası bildirir ki, bu məlumatlar əsasında separatçı rejimin "prokurorluğu" bu faktla bağlı cinayət işinin başlandığını və araşdırmaların aparıldığını bildirib. Separatçıların prokurorluğu, məhz müharibəbinin başlandığı anda, 27 sentyabr saat 00.00-da "Karbakh Telecom" serverlərinə hücum olduğunu iddia edir. Separatçılar haker hücumun Azərbaycan tərəfdən ola biləcəyini və ya Fatuş qardaşlarının müqavilə əsasında icazə verdiyi şəxslər tərəfindən ola biləcəyini də vurğulayırlar. Beləliklə, görünən odur ki, “Karabakh Telecom”a sahiblik uğrunda savaş başlayıb. İddiaçılar isə Fatuş qardaşları, Ermənistan rəhbərliyində olanlar və separatçıların lideri Araikdir.
Düşünürəm ki, Azərbaycanın Baş prokurorluğu da 20 il ərzində bizim ərazimizdə biznes quran “Karabakh Telecom”un qeyri-qanuni fəaliyyəti, qeyri- qanuni beynəlxalq kodlar əldə etməsi və biznes qurması, vurduğu ziyanla bağlı araşdrıma aparmalı və ziyanın ödənilməsi istiqamaətində işlər aparmalıdır. Eyni zamanda bu qurumun gələcək fəaliyyətinin Azərbaycan qanunlarına uyğun qurulması, Azərbaycanın müvafiq qurumlarından , lisenziya və trafiklər əldə etməsi, həmçinin də beynəlxalq qurumlardan hansı yollarla kodlar əldə etməsi də diqqətdə saxlanılmalıdır.
Təqdim etdi: A.Məmmədli