Nəhayət, Gürcüstanın siyasi hakimiyyəti oktyabrın 2-də ölkəyə gəlmək üçün təyyarə biletini belə alan, bunu sosial şəbəkələrdə bəyan edən Saakaşvilinin qarşısını almaq üçün daha ciddi addımlar atmaqdadır...

Bunun üçün isə ona qarşı cinayət işi qaldırılıb, prokurorluğa dünəndən tapşırıq da verilib. "Məhkəmə Saakaşviliyə qarşı 2 iş üzrə qərar çıxarıb, 2 iş üzrə isə iş davam edir". Bunu da "Gürcü Arzusu"nun üzvü Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, Saakaşvili ilə bağlı 2 iş üzrə qərar verilsə də, əlavə olaraq 2 iş üzrə məhkəmə də davam edir: “Gürcüstanın üç instansiya məhkəməsi Mixeil Saakaşviliyə qarşı iki iş üzrə qərar çıxarıb. O, Sandro Qirgvlianinin öldürülməsinə görə, 3 il həbs cəzasına məhkum edilib. Valeri Gelaşvilini döydüyünə görə isə 6 il həbs cəzasına məhkum edilib. Bundan əlavə, 8 milyonun və İmedi TV-nin mənimsənilməsi işinə hələ də baxılır. Buna görə də Prezident Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv edəcəyinə dair gözləntimiz yoxdur", - deyə Ş. Papuaşvili bildirib.

Saakaşvilinin bəyan etdiyi tarixə isə üç gün qalır. Amma o, Gürcüstana gəlməkdə israrlıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN