Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları çağırışçıların hərbi səfərbərlikdən yayındırılması ilə bağlı Regional Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbərinin korrupsiya əməllərini ifşa edib...
Tezadlar.az Ukrayna Baş Prokurorluğuna istinadla bildirir ki, axtarışlar zamanı Vera Belyakovanın evindən və iş kabinetindən 450 min dollardan çox nağd pul, həmçinin müxtəlif ünvanlarda gizlətdiyi qızıl-zinət əşyaları kolleksiyası tapıb. Bu vəsaitin və qiymətli əşyaların əhəmiyyətli hissəsi onun tibb fakültəsində internatura keçən oğlunun mənzilində gizlədilib. Eləcə də onun oğluna məxsus olan və müharibədən az əvvəl Odessadakı Rusiya konsulluğundan alınan Rusiya pasportu da tapılıb.
İstintaqın məlumatına görə, 2015-2023-cü illər ərzində mərkəzin rəhbəri 2 milyon UAH-a yaxın rəsmi gəliri bəyan edib. O, qeyri-qanuni gəlirlərini gizlətmək üçün oğluna üç sənədsiz mənzil rəsmiləşdirib.
Nikolaev Vilayət Dövlət Administrasiyasının səhiyyə şöbəsinin saytında yer alan məlumata görə isə, bu baş həkim vəzifəsini icra edən Vera Belyakovadır. Sitat: “Bundan başqa, müəyyən edilib ki, o, 2023-cü ildə dövlətdən əlavə müavinət və sosial ödənişlər almaq üçün özünə və oğluna 2-ci qrup əlillik də qeydə aldırıb”.
Onu da xatırladaq ki, bu ilin oktyabrın əvvəlində Xmelnitski Regional MSEC-in rəhbəri Tatyana Krupanın isə ofisində 100 min dollar, saxtalaşdırma əlamətləri olan tibbi sənədlər, habelə adları və qondarma diaqnozları olan "fərarilər"in siyahıları tapılıb. Onun evindən isə 5 milyon 244 min dollar, 300 min avro, 5 milyondan çox qrina, markalı zinət əşyaları, eləcə də müxtəlif biznes layihələri vasitəsilə çirkli pulların yuyulmasını göstərən sənədlər götürülüb. İstintaq zamanı MSEK rəhbəri yarım milyon dollar olan iki çantanı pəncərədən ataraq pulun bir hissəsini xilas etməyə çalışıb, amma...
***
Azərbaycanda da bu yaxınlarda iki rayonun hərbi komissarı rüşvət əməllərinə görə həbs edildi... Müdafiə Nazirliyinin idarə rəislərinin isə korrupsiya əməllərinə görə məhkəmə istintaqı davam etdirilir... Bütün bunlar o deməkdir ki, bəzilərinin qarnı doyur, amma gözü doymur...
A.Məmmədli