Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
TEZADLAR.AZ FHN -nin məlumatına əsasən xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Qeyd edək ki, son məlumata görə, hazırda baş verən yanğının söndürülməsinə iki helikopter də cəlb olunub.
Əlavə məlumat veriləcək.