Xəbər verdiyimiz kimi, dünəndən Polşanın Rassizn şəhərində gənclər arasında ağırlıq qaldırma üzrə keçirilən Avropa çempionatında Azərbaycan idmançıları

gücünü sınayır. Bu gün daha bir idmançımız Ravin Alməmmədov 81 çəkidə gücünü sınayıb və o, birdən qaldırmada qızıl, təkanla qaldırmada isə gümüş medal qazanıb. Ravin Alməmmədov Azərbaycan Ağır Atletika Federasiyası Göyəzən Ağır Atletika Klubunun (klubun rəhbəri Azər Əlizadədir) təmsilçisidir.

 Gənclərdən ibarət klubun rəhbəri Azər Əlizadə ilə bu dəqiqələrdə telefon əlaqəsi saxladıq, o, «Təzadlar»a bildirdi ki, bu gün keçirilən yarışda da idmançılarımız böyük uğurlar qazanıblar: «Bilirsiniz ki, dünən Qasım İsmayılov 67 kq çəkidə 2 bürünc medala sahib olmaqla, təkanla və sürətlə qaldırmada bu uğurlara imza atmışdı. Bu gün isə klubumuzun digər üzvü Ravin Alməmmədov 81 çəki dərəcəsində birdən qaldırmada qızıl, təkanla qaldırmada isə gümüş medal qazandı…».

Gənc idmançılarımıza bir daha uğurlar arzu edirik.

E.Şirinov

1-azer-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN