"Bu gün Rusiya Gürcüstanda qalib gəldi - əvvəlcə Gürcüstanın bir hissəsini aldılar, sonra siyasəti dəyişdilər, hökuməti dəyişdilər və indi rusiyayönlü mövqeləri olan bir hökumət qurdular".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin suallarına cavab olaraq deyib. O bildirib ki, Gürcüstan Rusiyanın işğalına qarşı heç bir sanksiyaya qoşulmayıb: “Etiraf etməliyik ki, Rusiya Gürcüstanda qalib gəldi. Onlar Putinə qarşı sanksiya tətbiq etmirlər, Gürcüstanda çoxlu ruslar var və onların seçimi Rusiya ilə dostluqdur Avropa Birliyinə daxil olmaq deyil. Bu gün Rusiya qalib gəldi. Onlar Gürcüstanın azadlığını əlindən aldılar”, - deyə Volodimir Zelenski qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN