Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) əməkdaşı vəfat edib.
"Təzadlar" N.Ağamirovun yaxınlarına istinadla xəbər verir ki, Konfederasiyanın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri (mətbuat katibi) Nazim Ağamirov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. O, uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Xatırladırıq ki, Nazim Ağamirov uzun illər Azərbaycanın Yəməndəki səfirliyində çalışıb, "Ədalət" qəzetində baş redaktorun 1-ci müavini işləyib.
Allah rəhmət eləsin!
Asif Mərzili