Gürcüstanda etiraz aksiyaları fonunda başqa bir qalmaqal xəbəri gəldi...
Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, iddialara görə, keçmiş Baş nazir, indiki “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib. Bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb. Məlumata görə, "Gürcü Arzusu"nda daxili qarşıdurma baş verib və nəticədə Qaribaşvili xəsarətlər alıb. Xatırladaq ki, İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə dünən sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb.
Beləliklə, küçələrdəki qarşıdurmalar indi də partiya daxilinə sirayət etməkdədir.
A.Məmmədli