Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 18-ci gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.

Bu arada Gürcüstana tətbiq edilən sanksiyaların da siyahısı artmaqdadır. Ötən gün Estoniya da Gürcüstanın bir çox məmurlarının adını sanksiyalar siyahısına daxil edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN