Rusiyalı jurnalist Dmitri Muratov dünən Nobel Sülh mükafatına layiq görülüb...  Dünən bu yüksək mükafatı alanlardan ikisinin jurnalist olması təsadüfdürmü? Demək çətindir... Amma maraqlı olan budur ki, digər mükafatçı jurnalist isə Filippinli Mariya Ressadır.
Amma rusiyalı Dmitri Muratovun bu mükafata layiq görülməsi Ermənistanda və Rusiyada pərtlik yaradıb. Qarabağda erməni SEPARATİZMinin əleyhdarı kimi tanınan  "Новая газета"nın baş redaktoru Dmitri Muratovun Nobel alması Kremli də pərt etsə də, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib. Onun mükafatla bağlı dediyi “Bilirəm ki, bu, mənim xidmətim deyil, "Новая газета”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir" sözləri geniş rezonansa səbəb olub.
Onu da deyək ki, Rusiyada insan haqlarını qoruyan, həmçinin hakimiyyətin və Putinin komandasının korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən ANNA POLİTKOVSKAYA da məhz “Novaya qazeta”da çalışmışdır.
Bütün hallarda, dünya ədalətdən xali deyil. Ermənilər bu mükafatın məhz Dmitri Muratova verilməsi ilə həm də söz meydanında uduzduqlarını anlayırlar...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN