Azərbaycanda yol təsərrüfatındakı problemlər bitib- tükənmir...
Ona görə də, Stalin demiş, insan yoxdur, problem yoxdur! Yəni, hazırda bütün problemlər sürücülərin üzərində sınanma ilə həll edilir. Şəxsi avtomobili olan sürücülər yollardan sıxışdırılıb çıxarılır. Az qalıb ki, sürücülər avtomobillərindən imtina edərək başqa üsullardan istifadı etməklə hərəkət ehtiyaclarını ödəsinlər. Bir tərəfdən də sürücülər hər dəqiqə cərimələrlə sınağa çəkilir. Səbəb isə odur ki, Bakının yollarında genişləndirmə aparılmadan mövcud yol sahəsi avtobusa, parklanmaya və velosipedə ayrılır. Nəticədə sürücülər daraldılmış yollarda saatlarla tıxacda qalma ilə imtahana çəkilir. Məsələn, "Təzadlar" dəfələrlə yazıb, təkrar edirik: avtobus yoluna daxil olmaq 100 manat cərimə deməkdir! Axı bu cəriməni qanuniləşdirən və səs verən millətin vəkilləri niyə nəzərə almayıblar ki, axı sürücü avtobusun deyil, avtobus sürücünün yoluna daxil olub. Dünyanın bir sıra paytaxt şəhərlərinin yolları ilə bağlı apardığımız araşdırmalar da göstərir ki, avtobus və ya velosiped yolu, parklama heç bir halda nəqliyyatın sıx olduğu əsas yolların üzərində təşkil edilmir, əsas yoldan kənarda olur...
SONDA: Bakıda maksimsl sürət həddi 60 km/saat- dır. Paytaxtda isə uzun müddətdir ki, orta sürət 12-15 km/saat- dir.
A.Məmmədli