Aİ sammitində Rusiyanın aktivlərinin münaqişə bitənə və Ukraynanın itkilərinin ödənilməsinə qədər dondurulmuş qalacağına dair icmanın bütün üzv dövlətləri üçün hüquqi qüvvəyə malik qərar qəbul edilib.
Tezadlar.az bu barədə təşkilatın yekun bəyanatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Avropa Şurasının (Aİ sammiti) qərarları Aİ institutları və onun bütün üzv ölkələri üçün hüquqi qüvvəyə malikdir.
“Aİ qanunvericiliyinə əsasən, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatını başa çatdırana və münaqişə nəticəsində dəyən itkiləri kompensasiya edənə qədər Rusiyanın aktivləri blokadada qalacaq”, - sənəddə deyilir.
Bir müddət əvvəl ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink bildirmişdi ki, Vaşinqton 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərindən Ukraynaya vəsait göndərməyi planlaşdırır.
E.ŞİRİNOV