ABŞ-da onlar Demokrat Partiyasının tərəfdarlarını seçilmiş prezident Donald Trampın mümkün təqiblərindən qorumalı proqram yaratmağı planlaşdırırlar.
Tezadlar.az bu barədə “NBC News”-a istinadən xəbər verir.
Qeyd olunur ki, təşəbbüs həm hüquqi yardım, həm də muzdlu mühasiblər, məşğulluq üzrə ekspertlər, psixoloqlar və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin dəstəyini əhatə edəcək. Bütün bu yardımların pulsuz göstəriləcəyi gözlənilir.
“Hüquqşünaslar və demokratiya tərəfdarları ölkə üzrə mütəxəssislər şəbəkəsinin qurulmasının ilkin mərhələsindədirlər ki, məqsəd yeni seçilmiş prezident Donald Tramp Ağ Evə daxil olan zaman qisas almaq üçün hədəfə alına biləcək insanları müdafiə etməkdir”.
Tramp daha əvvəl demişdi ki, bütün insanlar onunla dost olmaq istəyir.
E.ŞİRİNOV