ABŞ-dan olan iki yaşlı qız uşaq bağçasında olarkən kanalizasiya borusuna düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.

Texaslı qızın valideynləri uşaq bağçasını məhkəməyə veriblər. İddiaya görə, hadisə noyabrın 1-də baş verib. Həmin gün iddiaçının qızı digər uşaqlarla birlikdə “Mayak” uşaq bağçasının oyun meydançasında olub və qapağında “Təhlükəli, içəri girməyin, içəridə ölümcül zəhərli qaz var” yazılmış kanalizasiya lyukuna düşüb. Lyuk qapağı ya kənara itələnib, ya da qız onun üzərinə çıxanda açılıb.

Daha sonra müəllim elektron jurnalda uşağın sinifdə olmadığını, lakin heç kim qızın harada olduğunu yoxlamadığını qeyd edib. Valideynlərə övladının qrupda olmadığı barədə avtomatik elektron məktub göndərilib. Ata qızının harada olduğunu və niyə başqa qrupa köçürüldüyünü öyrənmək üçün bağçaya zəng edib. İddialara görə, telefona cavab verən işçi ataya e-poçtun sistem xətası ucbatından göndərildiyini və qızının “100 faiz burada olduğunu” deyib. Narahat olan valideynlər uşağı yoxlamaq üçün bağçaya gediblər. Yalnız onlar gəldikdən sonra müəllimlər qızın heç yerdə olmadığını görüblər.

Valideynlər dərhal 911-ə zəng ediblər. Əməkdaşlar xilasedicilərlə birlikdə bağçanın ərazisində axtarışlar təşkil ediblər. Qız bir saat sonra tapılıb - o, lyukun içərisinə düşdüyü üçün donub və çox qorxub. O, xəsarət almasa və xəstəxanaya yerləşdirmə tələb etməsə də, valideynləri səhlənkarlığa görə uşaq bağçasını məhkəməyə verib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN