Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur.
Tezadlar.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
O, Cənubi Qafqaz regionunda mümkün eskalasiya ilə bağlı sualı belə cavablandırıb. “Əgər Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”, - Ermənistanın baş naziri bildirib.
Paşinyan qeyd edib ki, İrəvanın Azərbaycana hücum siyasətində heç bir məqsədi yoxdur.
Bundan əvvəl Nikol Paşinyan Ermənistan rəhbərliyinin Bakı ilə sülh sazişi imzaladıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, sazişin özü işlənmənin son mərhələsindədir.
E.ŞİRİNOV