Neçə gün əvbəl Qroznı yaxınlığında AZAL-ın təyyarəsi “Pantsir” sistemindən atılan iki raketlə vurulub. “ВЧК ОГПУ” teleqram kanalı xəbər verir ki, bu yerli hərbçilər dindirildikdən sonra məlum olub...

Baş verənlərin əsas səbəbi tam çaşqınlıq idi. Belə ki, Pantsir-in ekipajlarından biri onun mülki gəmi olduğunu görüb və atəş açmayıb, lakin güclü elektron müharibə sistemi səbəbindən rabitə pozulub və ikinci ekipajı xəbərdar edə bilməyib. Kim belə elektron müdafiəni  işə saldı ki, təkcə mülki təyyarələrin deyil, həm də hava hücumundan müdafiə sistemlərinin özlərini «kor və kar»etdi, hələ də tapa bilmirlər. İstintaq Komitəsinin müstəntiqləri şahid qismində dispetçeri və uçuş rəhbərini dindiriblər.  Dron deyil, məhz təyyarəyə atəş açılması barədə sübutlar artır. Bununla belə, hərbçilər onlar üçün daha əlverişli versiyanı irəli sürməyə çalışırlar. Yani, raketləri pilotsuz uçan aparata atılıb, lakin ona dəyməyib və AZAL təyyarəsinin yanında partlayıblar. Atəşi “Axmat” xüsusi təyinatlıların bazası yanında quraşdırılan "Pantsir" sistemi açıb. Onun komandirinin sözlərinə görə, o, iki raket atıb: 08:13:30 və 08:13,40. Raketlər 8.13.50-də və 8.14.30-da partlayıb. Sonuncu partlayış təyyarəyə dəyib. Zabitin sözlərinə görə, raketlərin atılması əmrini Rostovdan Borisov adlı komandir verib.("Turan").

XXX

 Tezadlar.az xatırladır ki, həmin vaxt o qədər güclü elektron müdafiə işləyirdi ki, təkcə mülki deyil, hərbi texnikanında raborəsi pozulmuşdu. Buna görə də təyyarə hava hücumundan müdafiə sisteminin lokatorunda götünməyib və zabit onun hansı obyekt olduğunu müəyyən edə bilməyib. Hərbiçi daha yüksək hündürlükdə uçduğu və ölçüləri ilə dronnan fərqli olduğu başa düşübmü? Müstəntiqin bu sualına “Pantsir” komandiri hər dəfə əmr aldıqdan sonra atəş açdığını və təyyarənin mülki təyyarə kimi onun lokatorunda görünmədiyini söylədi. İstintaq müəyyən edib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki gəmilərin uçuş cədvəli verilməyib. Raketləri atmaq üçün komandir iki dəfə stasionar telefonla Rostova zəng edib. Eyni zamanda o, duman səbəbindən hədəfi vizual müşahidə edə bilməyib. Lakin hava limanında yerləşən ikinci “Pantsir” komandiri mülki təyyarəni müşahidə edib və ona atəş açmayıb. Bu, nəzarət otağından səs yazısı dinlənildikdən sonra məlum olub. Komandir dispetçerə radio ilə bildirdi ki, o, təyyarəni müşahidə edir. Müstəntiqlər ona sual verdilər: niyə digər döyüş maşınının komandiri ilə əlaqə saxlamadı? Və cavab verdi ki, onların stasionar əlaqəsi işləmir, mobil rabitə isə elektron müdafiə sistemi səbəbindən işləməyib. ВЧК-ОГПУ öyrənibki, hava hücumundan müdafiə komandanlığı onlar üçün əlverişli olan versiya irəli sürdü: “Pantsir” pilotsuz təyyarəni vura bilmədikdən sonra raketlər təyyarənin olduğu yerdə partladı. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı prioritet hesab edir və “Pantsir”in atəş açdığı pilotsuz təyyarənin hissələrini tapmağı tapşırıb. Lakin artıq 3 gündür ki, qalıqların axtarışı davam etsə də, heç bir nəticə yoxdur. İstintaq hələ ki, hansı elektron müdafiə sisteminin həm təyyarələri, həm də hava hücumundan müdafiə sistemlərini bu qədər “kor” elədiyini müəyyən edə bilmir.

 Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev bu məsələdə Rusiyanın hərbi- siyasi rəhbərliyini məsuliyyəti etiraf etməyə yönəlik çıxışı dünya mediasının indi də diqqət mərkəzindədir. Prezident Putin bu üzrxahlığı etdi, amma Çeçenistan rəhbəri Kadırov isə hələ dı ipə- sapa yatmır və hətta günahını boynuna almaq əbəzinə, onu bu məsələdə ittiham edənləri cəzalandıracağı ilə hədələrindən belə qalmır...

XXX 

Rusiya ordusunda nə baş verir: bütün hallarda Vladimir Putin bu suala nə qədər tez cavab tapsa, bu ümumi işin xeyrinə olardı...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN