Ukrayna hökuməti yanvarın 1-i səhər saatlarında Rusiya qazının Avropa İttifaqına tranzitinin dayandırıldığını rəsmən elan edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, milli təhlükəsizlik maraqları baxımından səhər saat 07:00-da Rusiya təbii qazının Ukrayna ərazisinə nəqli dayandırılıb. Ukrayna bu barədə öz xarici tərəfdaşlarını müəyyən edilmiş qaydada məlumatlandırıb.
Həmçinin Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, Rusiya qazının tranziti tarixi hadisədir: “Biz Rusiya qazının tranzitini dayandırdıq, bu, tarixi hadisədir. Rusiya bazarları itirir, maliyyə itkiləri olacaq. Avropa artıq Rusiya qazından imtina barədə qərar qəbul edib", - deyə nazir qeyd bildirib.

Xatırladaq ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin vaxtı yanvarın 1-də başa çatıb. Ukrayna bu müqavilənin vaxtını uzatmaqdan imtina edib.

Bu addım Rusiyanın iqtisadiyyatına ciddi zərbə deməkdir. Rusiya mediası qazın Azərbaycandan keçməklə Avropaya satılması barədə yazırlar. Lakin məlum olduğu kimi, Rusiyanın hava məkanında Azərbaycana məxsus sərnişin təyyarəsinin qəsdən vurulması, çoxsaylı insan tələfatı Azərbaycanla münasibətlərə ciddi problemlər yaşadlb. Vəziyyət o həddə çatıb ki, Rusiya prezidenti V.Putin Azərbaycandan üzr istəsə də, Prezident İlham Əliyev Rusiyanın bu məsələdə günahkar olanların sərt cəzalandırılmasını tələb etməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN