Cənubi Koreyada dövlət başçısı Yun Seok Yeolun həbsinə maneçilik törədən prezident qvardiyasının rəisi Park Çunq Cun və onun müavininə qarşı cinayət işi açılıb.
“Təhlükəsizlik xidmətinin rəisi və onun müavininə qarşı tabeçilik maddəsi ilə iş açılıb, onlara bildirilib ki, yanvarın 4-dək dindirilməlidirlər”, - “Çosun İlbo” qəzeti polisdən sitat gətirib.
Bundan əvvəl hüquq-mühafizə orqanları prezidentin təhlükəsizlik xidmətinin maneələri səbəbindən Yun Seok Yeolun həbsinə dair orderin icrasını dayandırmışdı.
Yanvarın 3-də hüquq-mühafizə orqanlarının əməkdaşları impiçmenti nəticəsində səlahiyyətləri dayandırılmış Yun Seok Yeolun iqamətgahına gəlib, onu qiyam ittihamı ilə həbs ediblər.
Bununla belə, Cənubi Koreya liderinin nümayəndələri onu həbs etmək cəhdini qanunsuz elan edib və qanun çərçivəsində cavab tədbirləri görəcəklərini vəd ediblər.
E.ŞİRİNOV