Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı qaçqınlar və hava hücumundan müdafiə sistemləri ilə bağlı Avropaya ultimatum verib.

Tezadlar.az “Strana” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə telemarafonda müsahibə zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin bir neçə lideri işsiz qaçqınların Ukraynaya qaytarılmasını və Avropada işləmək qabiliyyətinə malik olanların buraxılmasını təklif edib.

"Mən onlara deyirəm, baxın, gəlin bunu edək: bir az daha sonra hava hücumundan müdafiə və mən deyəcəm - hamı qayıdın. Amma mən hamını geri qaytaracağam, nəinki sizin üçün işləməyənləri”, - Zelenski deyib.

Zelenskinin avropalı həmsöhbətləri, öz sözləri ilə desək, hadisələrin inkişafı üçün belə bir ssenarini rədd ediblər. Onlar yalnız ukraynalı qaçqınların işsiz hissəsinin evlərinə qaytarılmasında israrlıdırlar.

Bundan əvvəl telemarafon zamanı Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə müdaxiləsini Rusiya ilə münaqişənin həlli üzrə danışıqlarda güclü kozır adlandırmışdı. O qeyd edib ki, Rusiya regionunda əməliyyat sülh danışıqlarına ciddi təsir göstərə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN