Volqoqrad vilayətində PUA-nın hücumu nəticəsində tələfat və obyektlərə ziyan dəyməyib.
Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.
“Bu gün, yanvarın 3-də Volqoqrad vilayətinin Qorodişenski rayonunda Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri PUA-nı ələ keçirib və zərərsizləşdirib”, - vilayət administrasiyası Telegram kanalında Boçarovun sözlərini sitat gətirib.
E.ŞİRİNOV