Azərbaycana məxsus mülki təyyarənin Rusiyanın hava məkanında bilərəkdən vurulması dünya siyasətçiləri və hərbi ekspertlərin əsas müzakirə mövzusu olaraq qalır... Artıq dünyanın hegemon ölkələrinin siyasi rəhbərliyi də bu hərbi cinayətə reaksiya veriblər... Rusiya prezidenti Vladimir Putinin Azərbaycana üzrxahlığınadək.
"Təzadlar" tanınmış siyasi ekspert Adil Minbaşıdan bu və ya digər suallara cavab istəmişdir. Aşağıda təqdim edirik:
- AZAl-ın təyyarəsinin qəzaya uğraması faktına mənim münasibətimi bilmək istəyirsinizsə, nəzərə alaq ki, artiq bu hadisə ilə bağlı aşkarlanmış o qədər təkzibolunmaz faktlar məlumdur ki, onları təkrarlamağa ehtiyac yoxdur. Doğrudur, hələ təhqiqat, istintaq araşdırılması davam edir, bir neçə istiqamətdə ekspertizalar aparılmalı və mütəxəssis rəyləri qiymətləndirilməlidir. Bununla belə, indidən demək olar ki, təyyarənin hərbi müdaxilə nəticəsində vurulmuş olmasi yeqin ki, mübahisə predmeti olmayacaq. Cinayət işinin istintaqı zamanı bu təyyarənin ehtiyatsızlıq üzündən və ya qəsdən vurulmuş olmasının aydınlaşdırılması əsas məsələlərdən biridir.
Mencə, təyyarənin yanlışlıqla-ehtiyyatsızlıq üzündən vurulması ehtimalı da olduqca aşağıdır. Mən bu sahə üzrə mütəxəssis deyiləm, ancaq ümumi bəlli məlumatlarınməntiqinə əsasən bilinir ki, Hava Hücumundan Müdafiə sistemi radar əhatəsinə daxil olmuş obyektləri parametrlərinə görə qiymətləndirmə və fərqləndirmə sisteminə sahibdir. Ona görə də hədəfdəki obyektin mülki təyyarə olması avtomatik olaraq sistem tərəfindən müəyyən edilir. Hərbi vəziyyətlərdə təhlükəli nəticələrə yol verilməməsi üçün aviasiya sistemində mülki və hərbi melumatlar sinxron çalışdığı üçün konkret məkanda hansi mülki təyyarənin ola bilməsi mümkünlüyü yoxlanılır. Bəlli zamanda hava koridorundakı marşruta və koordinasiyalara görə hansı mülki təyyarənin hərəkət etdiyi də müəyyən oluna bilir.
Cinayət işinin istintaqı zamanı ciddi versiya(ehtimal)lardan birinin aydınlaşdırılması üçün bu aydınlaşmanın necə və kimin tərəfindən aparıldığını müəyyən etmək olduqca vacibdir.
- Bunu nəyə görə vacib hesab edirsiz?
- Yuxarıda şərh etdiyim əsaslara göre- radar sisteminə daxil olan obyektin mülki təyyarə və həmin vaxt kəsimində Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə olduğu aşkar olubsa, bu təyyarə nə üçün və kim tərəfindən vurulub?! Mövcud hırbi- siyasi vəziyyət, Azərbaycanın Rusiya və Çeçenistanla olan münasibətləri nəzərə alındıqda, hava məkanına daxil olan Azərbaycan təyyarəsini nə ruslar, nə də çeçenlər vurmaq istəməzlər, çünki hazırkı vəziyyətdə Rusiya üçün beynəlxalq səviyyədə əlavə bir problem yaratmaqla bərabər, bu tərəflər arasındakı dayanıqlı dostluq münasibətlərinə də böyük zərbə vurmuş olur. Odur ki, hazırkı cinayət işi üzrə istintaqçı olsaydım, qeyd etdiyim əsaslara görə mən bu iki ehtimalı mütlləq ataşdırmalı olardım:
1. Təyyarənin siyasi motivlərə görə məhz Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına nail olmaq üçün qəsdən vurulması!
2. Təyyarenin vurulduğu vaxt Hava Hücumundan Müdafiə Sistemində yetkili şəxslər arasında erməni əsilli hərbçinin olub-olmaması!
Tarixi faktları sadalamağa ehtiyac duymadan məlumdur ki, hər zaman Rusiya hərbi hava qüvvələrinin tərkibində olan ermənilər fürsət düşən kimi bu imkanlardan Azərbaycana qarşı hərbi cinayət törətmək üçün istifadə ediblər...
Təqdim etdi: A.Məmmədli