Çində yeni insan metapnevmovirusunun (hMPV) yayılması xəstəxanalarda sıxlığa səbəb olub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Nəşrin məlumatına görə, infeksiya artıq yerli səhiyyə sisteminə xeyli yük yaradıb. Virus ağciyərlərə hücum edərək COVID-19 və qripə bənzər simptomlara səbəb olur.
"Çin hazırda yüksək həyəcan vəziyyətindədir, çünki ölkə daxilində qripə bənzər simptomları olan COVID-19-u əks etdirən yeni bir virus yayılır", - nəşr qeyd edir.
“Daily Star”-ın məlumatına görə, xəstələr üşütmə, öskürək, boğaz ağrısı, həmçinin halsızlıq və başgicəllənmə kimi simptomlarla xəstəxanalara müraciət edirlər. Bununla belə, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər tənəffüs yoluxucu infeksiyalar da qeydə alınır.
Bu vəziyyətlə əlaqədar tibb mütəxəssisləri səlahiyyətlilərə və ictimaiyyətə yoluxma ehtimalını azaltmaq üçün maskaların taxılması və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.
Daha əvvəl proktoloq, onkoloq, cərrah Yelena Smirnova hansı əlamətlərdən ehtiyatlı olmaq lazım olduğunu və onları görsəniz həkimə müraciət etməyiniz lazım olduğunu söyləyib. Həkimin sözlərinə görə, əgər insanda daimi qarın ağrısı və mədə yanması, ürəkbulanma və qusma, qarında ağırlıq və şişkinlik varsa, həmçinin nəcisdə problemlər, xüsusən də orada qan görünsə, onun tibbi yardıma ehtiyacı var.
E.ŞİRİNOV