Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın daha üç hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tezadlar.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
Qeyd olunur ki, Nijnekamsk, İjevsk və Perm hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir.
E.ŞİRİNOV