Leninqrad vilayətinin Staraya Puştoş kəndində oğru iş adamının evinə vanna otağının pəncərəsindən girərək qarət edib.
Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.
“Yanvarın 4-də axşam saatlarında naməlum şəxs birinci mərtəbədəki hamamın pəncərəsinin plastik çərçivəsini açaraq evə daxil olub və yataq otağındakı kabinetdən qızıl-zinət əşyaları və pul oğurlayıb”,–deyə mənbə bildirib.
Qızıl-zinət əşyalarının oğurlandığı dəqiqləşir. Ümumi zərərin bir milyon rubl olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb.
E.ŞİRİNOV