"Biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilməsini təklif edirik".
Tezadlar.az xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze deyib. O, ABŞ-ın da buna maraq göstərəcəyi təqdirdə, münasibətlərin yenidən qurulacağını qeyd edib: “Ən vacibi budur ki, biz Gürcüstan-ABŞ münasibətlərini bərpa etməyə tam hazırıq. Üstəlik, biz ABŞ-yə təklif edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilsin. Amerikadan da eyni maraq olarsa, təbii ki, münasibətlər yenidən qurulacaq. Biz ABŞ-nin prezident administrasiyasının mövqeyini gözləyəcəyik”, - deyə Kobaxidze bildirib.