Milli Mətbuatımızın 150 illiyi şərəfinə təsis ediləcək medal ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə biləcəklər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnəmədə qeyd olunub.
Əsasnamənin birinci maddəsində bildirilib:
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər”.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək.
Bununla əlaqədar olaraq qanun layihəsi Milli Məclisə təqdim edilib. Ardınca isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün- yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, 2025-ci ilin iyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illiyidir!
Y.Məmmədli