Şəhla Məmmədlinin tanınmış tarixçi alim Günel Aslanlını təqib etməsinə isə məhkəmə mühafizəçiləri və jurnalistlər qarışmalı oldu…

Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Tarix və Etnologiya İnstitunun işçisi Məmmədli Şəhla Rafiq qızının «Təzadlar» qəzetinə qarşı «Şərəf və ləyaqətin, işgüzar nufuzun müdafiəsi ilə bağlı» iddia ərizəsinə dair məhkəmənin son iclası keçirildi. Hakim bu günkü iclasda müdafiə çıxışları üçün əvvəlcə sözü iddiaçı Şəhla Məmmədliyə verdi. Ötən məhkəmə prosesindəki qalmaqalları ilə yadda qalan Ş.Məmmədli yenə də iddia tələbinin nədən ibarət olduğuna dair heç bir mötəbər sübut ortaya qoya bilmədi. Və başladı qəzetin baş redaktorunun guya məhkum olunmasından tutmuş onun barəsində qəzetin ötən sayında məhkəmə prosesi barədə hazırlanmış məqalədə icazəsi olmadan fotoşəklinin yayımlanmasınadək, iddianın mahiyyətindən kənar hüquqi əsassız fikirlər səsləndirməyə. Ardınca başladı bacısı Şəlalə Məmmədlinin barəsində hansısa yazıda hansısa ifadənin səsləndirilməsindən danışmağa. Replika hüququndan istifadə edən qəzetin nümayəndəsi  A.Məmmədov Ş.Məmmədliyə mahiyyəti üzrə danışmağı tövsiyyə edəndə iddiaçı xanım təhqirlərə keçdi. Bu zaman hakim Şəhla Məmmədliyə sonuncu xəbərdarlığı edərək onu zaldan çıxarmağa məcbur etməməsini xatırlatdı. Ş.Məmmədli bir də cavabdehin nümayəndəsinin danışmasına imkan vermədikdə «Şəhla xanım, mənim sözümü kəsməyin, bura sizin üçün Tarix İnstitutunun koridorları deyil, qanuna əməl edin!» deyərək ona sual vermək istəyəndə Ş.Məmmədli yenidən qızışdı:

-Siz yazılarda mənim bacımın adını çəkmisiniz…

A.Məmmədov:

-Sual verirəm, bacınız kimdir?

-Şəlalə Məmmədli…

-Tarixçi?

-Bəli…

-Aha, APİ-dən Azərböaycan hakimiyyətinin əleyhinə çıxışlı məqalələrinə görə institutdan çıxarılan bacınızı deyirsiniz? Hansı ki, eşitdiyimizə görə, yenə də Azərbaycan əleyhinə yazılarla çıxış edir, xaricdəki bəzi blogerlərə tutalqa verir… Hə, indi tanıdım. Amma onun bu iddiaya nə aidiyyəti var???

 Daha sonra cavabdehin nümayəndəsi  A.Məmmədov müdafiə çıxışına başladı. A.Məmmədov çıxışında bir daha bildirdi ki, iddiaçı institutun aparıcı elmi işçisi, tanınmış tarixçi alim Günel Aslanlının qəzetdə yaımlanmış müsahibəsini yanlış olaraq məqalə hesab edir və şərəf və ləyaqətinə xələl gətirən ifadələrin də nədən ibarət olduğunu sübut edə bilmir.

 Sonra əlavə etdi ki, bütün mübahisələr G.Aslanlının həmin müsahibəsindən qaynaqlanıb… Qəzetin elektron poçtuna daxil olan şikayət, ardınca isə redaksiyada ondan götürülmüş müsahibə institutun direktoru K.Şükürova göndərilib, lakin qarşı tərəf münasibət bildirmək əvəzinə, əks mövqe tutub, qəzet əməkdaşlarına qarşı təhdid xarakterli elektron məktublar daxil olub. Bundan sonra müsahibə yayımlanıb… Ardınca institutun Bəhram, İlqar adlı rəhbər şəxslərindən, şöbə müdirlərindən sosial şəbəkələrdə jurnalistlərə qarşı təhqir dolu yazılara rast gəlinib. Bundan sonra institutun iki xanım əməkdaşı şöbə müdirlərinin təzyiqinə məruz qalıb, təhqir olunublar, biri xəsarət alıb, xəstəxanaya düşüb… Onların dadına təcili yardım gəlib AMEA binasına… Redaksiya bu təhdidli yazılara cavab vermək hüququndan istifadə edib və bunların iddiaçı Şəhla Məmmədliyə heç bir aidiyyəti və dəxli olmayıb…

A.Məmmədov məhkəmədən iddianın əsassız olduğunu nəzərə alaraq rədd edilməsini xahiş etdi.

Məhkəmə müşavirəyə getdi…

s

 Şəhla Məmmədlidən Günel Aslanlıya qarşı inanılmaz təqib: məsələyə məhkəmə mühafizəçiləri qarışdı…

  Onu da xatırladaq ki, məhkəmə iclası bağlı elan olunandan sonra şahid Günel Aslanlı iş yerinə getmək üçün məhkəmə zalını tərk etdi. Bir dəqiqə sonra zala qayıdaraq məhkəmə katibinə bildirdi ki, Şəhla Məmmədli qapının ağzında onu gözləyir, hücum etməyə hazırlaşır… Katib dərhal məhkəmə mühafizəçilərindən məhkəmə zalının qarşısına gəlməyi xahiş etdi. Sonra jurnalistlərin müşaiyəti ilə məhkəmə zalından çıxanda məlum oldu ki, Şəhla Məmmədli liftin tinində dayanaraq Günel Aslanlını gözləyir. Jurnalistlər videokameranı işə salanda o dərhal liftə daxil oldu, eləcə də mühafizəçilərin yuxarı qalxdığını görərək aradan çıxdı…

Düşündük ki, yəqin Ş.Məmmədli çıxıb getdi. Ardınca mühafizəçilər (3 nəfər) bəzi detalları soruşdular, G.Aslanlı cavablandırdı.

Məhkəmə binasını tərk edib yola düzələndə isə başqa bir mənzərə ilə qarşılaşdıq: Şəhla Məmmədli Günel Aslanlının avtomobilinin yanında gizlənərək onu gözləyirdi. Beləliklə, jurnalistlər və məhkəmə mühafizəçilərinin müşaiyəti ilə Günel Aslanlını avtomobilinədək yola salmalı olduq. Bizi görən kimi aradan çıxıb avtobus dayanacağına doğru gedən Şəhla Məmmədlinin bu halına acımaqdan başqa çarəmiz yox idi…

***

Sonda: çox istərdik ki, Tarix və Etnologiya İnstitunun rəhbərliyi bu qadınla bağlı lazımi tədbirlərini görsünlər. İnstitutun adını şəxsi intriqalarında hallandırıb kölgələndirən bir işçinin orada işləməsi belə məqsədə uyğun deyil. Keçmiş direktor, Akademik Yaqub Mahmudovun canını boğazına yığıb iki dəfə şiddətli töhmət alan, sonra iki dəfə Yasamal RPİ-də inzibati cəza alan, indi də yolu məhkəmələrdən keçən bir işçinin bu boyda elm ocağında nə işi ola bilər axı?!

«Təzadlar»

sh-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN