Yanvarın 31-də Böyük Britaniya hökuməti elan etdi ki, Ukraynadan olan qaçqınlar artıq 18 aya qədər qalmaq üçün uşaqlarını özləri ilə gətirə bilərlər. Bu təsdiq əvvəlki viza qaydalarını ləğv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə UPI portalı məlumat yayıb.
Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli İdarəetmə Departamenti uşaqların "qanunla müəyyən edilmiş qaydada təhsil, səhiyyə, müavinətlər və işlə təmin oluna biləcəyini" şərh edib.
Hökumət aydınlaşdırıb ki, həm valideyn, həm də qəyyum və uşaq - müraciət edən şəxs Ukrayna üçün mənzil proqramının bütün tələblərinə cavab verməlidir.
Qeyd edək ki, keçən fevral ayında Mühafizəkarlar Partiyası ukraynalı qaçqınlara ölkəyə daxil olmaq və viza almaq üçün ailə üzvlərinə sponsorluq etməyi qadağan etmişdi. Bu mexanizm yalnız vətəndaşlar və daimi yaşamaq icazəsi olanlar üçün mövcud idi.
Daha əvvəl “Telegraph” qəzeti “Opora” xeyriyyə təşkilatına istinadən yazıb ki, 2022-ci ildə münaqişənin başlanmasından sonra Britaniyaya gələn minlərlə ukraynalı qaçqın viza müddətinin uzadılması ilə bağlı yeni qaydalar səbəbindən iş yerlərini itirə bilərlər.
E.ŞİRİNOV