Rusiyanın "Naiv" rok qrupunun Qazaxıstanda konsertləri ləğv edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdən məlum olub.
Belə ki, “Naiv” rok qrupunun fevralın 4 və 6-da Astana və Qaraqandada planlaşdırılan çıxışları ləğv edilib. Musiqiçilər bildiriblər ki, bunda nə təşkilatçıların, nə də klubların günahı yoxdur.
“Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə bu şəhərlərdə konsertlər keçirilməyəcək. Zalda cəmi 10 nəfər qalsa belə, gəlib oynamağa hazır idik, amma təəssüf ki, vəziyyət başqa cür oldu”, - deyə məlumatda bildirilir.
“Naiv” komandası azarkeşlərindən üzr istəyib. Bildirilir ki, biletlərin geri qaytarılması prosesinə artıq start verilib və bütün pullar üç gün ərzində alıcıların hesabına qaytarılacaq.
Əvvəllər yazmışdıq ki, müğənni Anna Sedokova fevralın 14-də Qazaxıstanda baş tutmaya biləcək konsert üçün 600 min pul alıb.
E.ŞİRİNOV