Qırğızıstanda  kifayət qədər kartof ehtiyatı var.

TEZADLAR.AZ “Kabar”a istinadən xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini - su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev “Birinci” radionun efirində deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi respublika üzrə kartofun qiymətinin sabit saxlanılması üçün müvafiq tədbirlər həyata keçirir.

Fevralın 3-də Oş şəhərində kartofun topdansatış qiyməti 60 som (60 som- təxminən 1,17 manat) olub.

Görülən operativ tədbirlərdən sonra həmin gün axşam saatlarında kartofun topdansatış qiyməti stabilləşərək 49 som təşkil edib (49 som - təxminən 95 qəpik).

“Hazırda ölkədə kifayət qədər kartof ehtiyatı var. Fermerlər zirzəmidə kartof saxlayırlar. Bazara çatdırılandan sonra vasitəçilər kartofun qiymətini 75 soma (75 som- təxminən 1,46 manat) qədər qaldırırlar. Bununla bağlı tədbirlər görüləcək.

 “Hazırda kartofun ixracına qadağa qoyulması məsələsinə baxılır”, - deyə Bakıt Torobayev bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN