Ötən gün Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib.
Tezadlar.az xatırladır ki, bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib. Həmin şəxslərin sosial-iqtisadi reinteqrasiyası üçün tədbirlər görülür. Hansı ki, 2014-cü ildən başlayaraq, readmissiya haqqında sazişin imzalanmasından sonra Avropa İttifaqında Azərbaycana 2500-ə yaxın vətəndaşımız qaytarılıb.
ABŞ da bu missiyaya qoşulub və ölkədən təxminən 20 milyona yaxın qanunsuz yaşayan miqrantın çıxarılması gözlənilir.
A.Məmmədli