Bakıdakı "Rus evi"nin məsələsi Rusiya hökumətini də ciddi narahat edir...
Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. O, dünən brifinqdə o deyib ki, "... Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir. "Söhbətlər və bir növ “şpionomaniya” başlayan kimi hər kəsə eyni sualı vermək lazımdır: Siz xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında ciddi danışmaq istəyirsiniz? Yoxsa bu mövzudan ucuz "feyklər" üçün istifadə etmək istəyirsiniz? Əgər ciddidirsə, bu mövzuya başlayanlar onların xüsusi xidmət orqanlarının harada və necə işlədikləri barədə danışa bilərlər. Başa düşürük ki, burada bu mövzu "ortaya atıldı" və yayıldı. Bütün bunlar bizim münasibətlərimizin səviyyəsinə və hər zaman haqqında danışdığımız potensiala uyğun deyil".
Zaxarova əlavə edib: "Biz dəfələrlə bu məsələni diplomatik kanallar vasitəsilə müzakirə etməyi təklif etmişik və bu təkliflər yazılı şəkildə Azərbaycan tərəfinə göndərilib. Ümid edirik ki, bu məsələ müsbət məcrada həll olunacaq".
Beləliklə, "Rus evi"nin vəziyyəti hazırda "russca"dır...
A.Məmmədli