...Sosial şəbəkələrdə Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyevin saxlanılması barədə məlumat yayılıb. Bu məlumatı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsindən paylaşıb. Əvəz Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib. Baş redaktor həmçinin "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

 İstintaq orqanlarından isə bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV-nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda onlar sərbəst buraxılacaqlar. Qeyd olunub ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. "Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb".

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN