...Deyəsən, Saakaşvilinin yenidən Ukraynaya qaytarılmasına hazırlıqlar gedir...

"Fikrimcə, Mixeil Saakaşvilinin səhhətində xüsusi problem yoxdur və ölkədə sabitliyin yeganə yolu Saakaşvilini Kiyevə qayıtmaqdır", -deyən “Qirçi” partiyasının liderlərindən olan Sandro Rakviaşvili bildirib ki, hakimiyyət bunu nə qədər tez edərsə, ziyanın yarısından qayıtmış olar... Onun sözlərinə görə, Saakaşvili yenidən həbsxanaya qaytarldığı zaman ölkədə siyasi gərginlik yaşanacaq: “Təbii ki, gec-tez Mixeil Saakaşvilinin həbsxanaya qaytarılması məsələsi gündəmə gələcək və bundan sonra yenidən siyasi problemin olacağı aydın məsələdir. Məncə, Mixeil Saakaşvilinin səhhətində xüsusi problem olduğu görünmür. Mitinqlərdən xəbərim yoxdur, amma ölkədə sabitliyin yeganə həll yolu onu Kiyevə qayıtmaqdır”, - deyə Rakviaşvili bildirib.
Gürcüstanın siyasi hakimiyyəti isə hələki bu məsələyə dair son qərarını ortaya qoymayıb...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN