…Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiya Federasiyası ilə Ukrayna arasında istədikləri formatda vasitəçiliyi təklif edib.

Bundan əvvəl Ərdoğan Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan etmişdi və bu bəyanat Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisində müsbət qarşılanmışdı. «Təzadlar» «Ria-Novosti»yə istinadla bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiya Federasiyası və Türkiyə liderlərinin Ankaranın təklifini müzakirə edə biləcəyini etiraf edərək, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun təmsil olunduğu Kremlin artıq buna reaksiya verdiyini xatırladıb. O, həmçinin Rusiyanın məlum müqnaqişəyə tərəf olmadığını bildirib.

 "Ukraynada və ətrafında baş verən hadisələri diqqətlə izləyirik. Gərginliyin artmamasını və bölgədə sabitliyin qalmasını istəyirik. Türkiyə Rusiya ilə Ukrayna arasında son həftələr artan gərginliyin azaldılmasına dəstək verməyə hazırdır, hansı ki, son həftələr dialoqa gedən yol dağılıb… Biz hər iki tərəfin razılığı ilə istənilən formatda yardım, vasitəçilik və ya dəstək təklif edə bilərik. Təbii ki, bu sahədə sülh naminə əlimizdən gələn hər şeyi etməyə hazırıq”, - deyə Ərdoğan Qətər səfərindən qayıdarkən təyyarədə NTV telekanalının jurnalistlərinə bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN