Noyabrın 30-da "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX )məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə,  yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində davam etdirirlər.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN